Modern.az

Rüstəm Orucov Çində bürünc medal qazandı

Rüstəm Orucov Çində bürünc medal qazandı

Aktual

13 Dekabr 2019, 19:43

Çin Xalq Respublikasının Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu "Masters" yarışı davam edir.

 

Modern.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.

 

73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov Özbəkistan idmançısı Hikmətilloh Turayevə qalib gəldikdən sonra İsrail cüdoçusu Tohar Butbula uduzub. Təsəlliverici qarşılaşmada kanadalı Artur Margelidonu məğlub edən Azərbaycan cüdoçusu 3-cü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akil Qjakovaya qalib gələrək bürünc medal qazanıb.

 

Qeyd edək ki, mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq turnirdə 11 cüdoqi ustası (8 oğlan, 3 qız) təmsil edir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır