Modern.az

Parlament seçkisində iştirak edəcək partiyaların sayı 11-ə çatdı - SİYAHI

Parlament seçkisində iştirak edəcək partiyaların sayı 11-ə çatdı - SİYAHI

17 Dekabr 2019, 16:49

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb.

 

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha iki partiyanın – Vahid Azərbaycan Partiyasının və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

 

Qeyd edək ki, bundan əvvəl 9 siyasi partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınmışdı.


Yeni Azərbaycan Partiyası
Ümid Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Böyük Quruluş Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Demokrat Partiyası
Böyük Azərbaycan Partiyası
Vahid Azərbaycan Partiyası
"Ana Vətən” Partiyası

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi