Modern.az

Elçibəyin köməkçisi deputatlığa namizədliyini irəli sürdü

Elçibəyin köməkçisi deputatlığa namizədliyini irəli sürdü

18 Dekabr 2019, 20:17

Mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da 9 fevral 2020-ci il tarixində keçirləcək növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəlib.

Modern.az-ın məlumatına görə, bu barədə O.Qasımovun özü bildirib.

“Namizədliyimi 18 saylı Nərianov-Nizami seçki dairəsindən irəli sürdüm. Lazımi sənədlər DSK-ya təqdim edildi. 5 gün sonra imza vərəqlərini götürməliyik. Qarşıda bizi çətin və gərgin bir yarış gözləyir. Bu yarışda uğur qazanmaq üçün Azərbaycan sevdalı bütün dostları seçki kompaniyasında yanımda olaraq real fəaliyyətlə dəstək verməyə çağırıram. İnanıram ki, imkanlarımız düzgün səfərbər edilərsə, uğur qazana bilərik”,- O.Qasımov deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?