Modern.az

Vahid Əhmədov: “Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni axıra çatdırmalıdır”

Vahid Əhmədov: “Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni axıra çatdırmalıdır”

19 Dekabr 2019, 12:12

Nazirlər Kabineti Bakı şəhər rayonlarının İcra hakimiyyətlərinin tabeliyində olan mülki, mənzil və şəhərsalma və tikinti səlahiyyətlərininin ləğv edilməsi barədə qərar verib. Qərara əsasən bundan sonra icra hakimiyyətləri heç bir mülki, mənzil və şəhərsalma və tikinti  işlərini həyata keçirə bilməyəcək.

 

Bəs sadalanan səlahiyyətlərin İcra hakimiyyətlərindən alınmasının nə kimi əhəmiyyəti olacaq?

 

Beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a mövzu barədə danışarkən deyib ki, bu məsələlərlə bağlı müraciət edənlər çox olurdu:

 

“Artıq onun da qarşısı alındı. Belə bir qərarın verilməsini müsbət addım kimi qiymətləndirirəm. Çünki Nazirlər Kabineti, Baş Nazir var. Yeni Baş Nazir təyin olunan Əli Əsədov təcrübəli insandır. Ona görə də belə qərarları hökumət verməlidir”.

 

Deputat bildirib ki, İcra hakimiyyətlərindən alınan səlahiyyətlər qanunsuz evlərin sənədləşmə prosesini axıra çatdırmalıdır.

 

“Qanunsuz evlərin sənədləşməsi prosesi indi də davam edir. Dövlət başçısının bununla bağlı çox ciddi göstərişi var. Fikir vermisizsə, son vaxtlar dəmir yolunda Cavid Qurbanov tərəfindən çox ciddi islahatlar həyata keçirilir. Yeni xətlər çəkilir, yeni qatarlar alınır və sair. Dəmir yolu xətlərinə yaxın yerlərdə evlər var idi. Həmin evlərin hamısını "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov hökumətlə həll etdi. Məsələ gündəmdədir. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni axıra çatdırmalıdır. İkinci vairant yoxdur.

Sahibkarlarla icra başçıları arasında müəyyən problemlər var idi ki, artıq o problemlər aradan qaldırılıb”, - deyə Vahid Əhmədov əlavə edib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarlarına əsasən, ləğv edilən səlahiyyətlər Bakı şəhər rayonlarının İcra hakimiyyətlərinə  5 il müddətinə verilmişdi. Bu müddətlər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti ilə bağlı 20 oktyabr 2020-ci il, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti il bağlı 22 yanvar 2021-ci il, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının İcra Hakimiyyətləri ilə bağlı  25 fevral 2021-ci ildə başa çatırdı.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər