Modern.az

Məşhurların övladları: həbs olunan icra başçısının hakim oğlu - FOTO

Məşhurların övladları: həbs olunan icra başçısının hakim oğlu - FOTO

Reportaj

20 Dekabr 2019, 08:12

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai-siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, elm, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız dünən – 19 dekabr 2019-cu il tarixində həbs edilməsiylə bütün ölkədə məşhurlaşan Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğlu haqqındadır.
 

O Nizaməddin Quliyev ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.

Nizaməddin Quliyev 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetini, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. İqtisad elmləri namizədidir.
Azərbaycan Prezidentinin 24 sentyabr 2009-cu ilin tarixli sərəncamı ilə Goranboy rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. 2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Ölkə başçısının 05.04.2019-ci il tarixli sərəncamı ilə Goranboydan çıxarılaraq, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

19 dekabr 2019-cu il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Nizaməddin Quliyevin övladlarından biri - Ramin Quliyev hazırda məhkəmə sistemində çalışır. Digər oğlu Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir. 


Ramin Nizaməddin oğlu Quliyev 1978-ci ildə dünyaya gəlib.

2000-ci ildə  Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.


2001-2007-ci ildə Apellyasiya Məhkəməsinin məhkəmə iclas katibi vəzifəsində çalışıb.


2007-2010-cu illərdə  Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin məsləhətçisi, məhkəmə iclas katibi işləyib.


2010-2013-cü illərdə Ali Məhkəmənin məhkəmə nəzarətçisi vəzifəsini tutub.


41 yaşlı Ramin Quliyev 2013-cü ildən hal-hazıradək  Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin hakimidir.



A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir