Modern.az

“Eurovision-2012”də ölkələrin çıxış ardıcıllığı martın 20-də müəyyənləşəcək

“Eurovision-2012”də ölkələrin çıxış ardıcıllığı martın 20-də müəyyənləşəcək

18 Mart 2012, 19:52

42 ölkənin nümayəndə heyətlərinin rəhbərləri Bakıya toplaşır

Martın 19-20-də Bakıda “Eurovision-2012” Mahnı Müsabiqəsidə iştirak edən ölkələrin nümayəndə heyətləri rəhbərlərinin iclası olacaq. İclasda “Eurovision-2012” şousu ilə bağlı aparılan hazırlıq işləri müzakirə olunacaq.

42 ölkədən olan nümayəndə heyətlərinə “Eurovision” Mahnı Müsabiqəsinə aid olan məkanlar, otellər, “Bakı Kristal Zalı” və burada təqdim olunacaq şou və hazırlıq prosesini əhatə edən digər məsələlər barədə ətraflı məlumat veriləcək.

Həmçinin iki günlük toplantı çərçivəsində 42 ölkə arasında püşkatma mərasimi olacaq. Bu püşkatma nəticəsində mayın 22 və 24-dəki yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunan 6 ölkənin  çıxış ardıcıllığı müəyyən olunacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir