Modern.az

Qarabağ döyüşlərindən keçmiş polkovnik-leytenant vəfat etdi

Qarabağ döyüşlərindən keçmiş polkovnik-leytenant vəfat etdi

Allah rəhmət eləsi̇n

20 Dekabr 2019, 13:12

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Səlahəddin Rzayev vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə mərhumun hərbçi yoldaşları bildiriblər.

Məhrum doğulduğu Tərtərin Qaradağlı kəndində dəfn olunub.

Bu gün onun 3 mərasimidi...

Polkovnik-leytenant Səlahəddin Rzayev Qarabağ müharibəsinin od-alovundan keçmiş,Tərtərin müdafiəsində böyük şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmağa başladığı ağır dövrdə böyük zəhmət çəkmiş hərbçilərdən sayılır.

O, 1991-ci ilin oktyabrdan Orduda xidmətə başlayıb.
N saylı xüsusi təyinatlı hərbi hissədə Qarabağ müharibəsin ən qaynar döyüş bölgələrində olub
Batalyonun qərargah rəisi, batalyon komandiri kimi Ağdam-Tərtər istiqamətində döyüşlərdə iştirak edib, Qazax istiqamətindəki döyüşlərdə fərqlənib
Ali Hərbi Məktəbdə idman kafedrasının rəisi, Təlim-tədris mərkəzində müəllim kimi xidmətini davam etdirib.

Allah rəhmət eləsin!!!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü