Modern.az

Putin: ”Gürcüstan burnundan daha bir zərbə alacaq”

Putin: ”Gürcüstan burnundan daha bir zərbə alacaq”

Təhsil

29 Dekabr 2009, 15:42

Rusiyanın baş naziri Vladimir Putin bəyan edib ki, Kutaisidə “Şöhrət” abidəsinin dağıdılması hadisəsi və abidənin Moskvada bərpa olunması ilə Gürcüstan burnundan daha bir zərbə alacaq. Modern.az “Exo Moskvı” radiosuna istinadən xəbər verir ki, bu barədə Putin Vladivostokda jurnalistlərlə bugünkü görüşündə bildirib. Onun sözlərinə görə, Gürcüstan tarixi  yaddaşa qarşı cinayətə yol verib.  Putin qeyd edib ki, abidənin memarı Merab Berdzenişvili “Şöhrət” kompleksinin Moskvada bərpasına müsbət yanaşıb. Putin bununla belə əmindir ki,  gürcü hakmiyyəti Berdzenişviliyə siyasi motivli təziyqlər edəcək. Hökumət başçısı əlavə edib ki, memar abidənin bərpası prosesində birbaşa iştirak edə bilməsə də, Rusiya onun verdiyi istənilən məsləhətə görə ona minnətdar olacaq.  “Gürcü rəssamlıq məktəbinin səviyyəsi  yüksəkdir və Rusiyada gürcü diasporası sırasında da kifafət qədər istedadlı insanlar var”-deyə Putin bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir