Modern.az

Yeni parlamentdə kimlər olsun? - SORĞU

Yeni parlamentdə kimlər olsun? - SORĞU

22 Dekabr 2019, 14:08

Sosial şəbəkələr, ictimai müzakirələr, media 9 fevral 2020-ci il tarixinə təyin olunmuş növbədənkənar parlament seçkisinə fokuslanıb. Seçki günü yaxınlaşdıqca, həyəcan, rəqabət, iddialar da artır.

Hazırda müzakirə olunan əsas mövzulardan biri 6-cı çağırış Milli Məclisin tərkibi ilə bağlıdır.

Kimisi özünü buraxmış 5-ci çağırış Milli Məclisin üzvlərini yenidən namizədliklərini irəli sürdüyünə görə qınayır və parlamentin tam şəkildə yeni deputatlardan təşkil olunmasını istəyir.

Kimisi də yenillərlə yanaşı, köhnələrdən də bəzilərini Milli Məclisdə görmək istəyir.

Növbəti parlamentin ancaq gənclərdən ibarət olmasını arzulayanlar da az deyil.

 

Modern.az saytının növbəti sorğusu “Yeni parlamentdə kimlər olsun?” adlanır.

Saytımızın əsas səhifəsindəki (sağdan aşağıda) “Sorğu” bölməsində  “Yeni parlamentdə  kimlər olsun” sualına cavab vermək üçün sizə təqdim edilən cavablardan birinə səs verməyiniz xahiş olunur. 


“Sorğu” bölməsində aşağıdakı cavablar qeyd edilib:

Yaşlılar

Orta yaşlılar

Gənclər

Qarışıq yaşlarda olanlar

Köhnə deputatlar olmasın

Həm köhnə, həm də yeni deputatlar olsun

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır