Modern.az

Rauf Arifoğlu Araz Əlizadəyə söz atdı: “Əlizadə kimi türk və xalq düşməni...”

Rauf Arifoğlu Araz Əlizadəyə söz atdı: “Əlizadə kimi türk və xalq düşməni...”

Ölkə

22 Dekabr 2019, 23:02

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etmək üçün 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Bu dairəni hazırda V çağırış Milli Məclisdə Araz Əlizadə təmsil edir. 35 saylı Xətai 3-cü seçki dairəsinin 2010-2015-ci illərdəki deputatı isə Ümid Partiyasının sədri İqbal Ağazadə olub.


Rauf Arifoğlunun 35 saylı Xətai 3-cü seçki dairəsi uğrunda indiki deputat Araz Əlizadə və eks-deputat İqbal Ağazadə ilə yarışması gərgin mübarizə vəd edir.

Rauf Arifoğlunun deputatlıq yarışında İqbal Ağazadəyə rəqib olmağa qərar verməsi sosial şəbəkələrdə  müzakirələrə yol açıb.

Modern.az-ın məlumatına görə, belə müzakirələrin birinə qoşulan R.Arifoğlunun özünün məsələyə münasibəti belə olub:

“Əsas budur ki, daha Əlizadə kimi türk və xalq düşməni deputat olmayacaq! Mən gəlişimlə ilk öncə, bunu təmin etdim və dairəni o utanc adamın adından qurtardım. Sonrası da çox yaxşı olacaq”.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır