Modern.az

Paşinyan Qarabağ danışıqlarında əldə olunan 2 önəmli razılaşmanı AÇIQLADI

Paşinyan Qarabağ danışıqlarında əldə olunan 2 önəmli razılaşmanı AÇIQLADI

23 Dekabr 2019, 15:36

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının lideri Bako Saakyanla birgə Təhlükəsizlik Şurasının birgə iclasını keçirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan növbəti dəfə Dağlıq Qarabağın ayrıca tərəf kimi münaqişənin həlli ilə bağlı keçirilən görüşlərdə təmsil olunması tezisini təkrarlayıb.

“Dağlıq Qarabağ xalqının iradəsinin nəzərə alınmadığı istənilən həll varinatı iflasa uğrayacaq”-deyə o söyləyib.

 

Bundan başqa, baş nazir gələn il Azərbaycanın işğal altındakı torplaqlarında “parlament” və “prezident seçkiləri”nin keçiriləcəyini də xatırladıb.

 

Nikol Paşinyan münaqişənin həllində xalqarı sülhə hazırlamaq üçün münbit atmosferin yaradılmasına dair iki önəmli razılaşmanın əldə olduğunu qeyd etməyi unutmayıb.. 

“Periodik olaraq atəşkəs rejiminin pozulmasına baxmayaraq, bütövlükdə, təmas xəttində eskalasiyanın qarşısı alındı və situasiyanı nəzarət altında saxlamaq mümkün oldu”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər