Modern.az

Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi...” - Mehriban Əliyeva Prezidenti təbrik etdi 

“Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi...” - Mehriban Əliyeva Prezidenti təbrik etdi 

Ölkə

24 Dekabr 2019, 08:22

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə rəsmi İnstaqram səhifəsində təbrik edib.


Modern.az
-ın məlumatına görə, Birinci vitse-prezidentin təbrikində deyilir:


"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir.

Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!"

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi