Modern.az

Dağ Yəhudiləri Yevda Abramovun yerinə deputatlığa yeni namizəd TAPDILAR

Dağ Yəhudiləri Yevda Abramovun yerinə deputatlığa yeni namizəd TAPDILAR

24 Dekabr 2019, 12:04

“Dağ yəhudilərindən parlament seçkilərində iştirak etmək üçün Yəhudi İcmasına müraciət edənlər var”.

 

Bu sözləri Modern.az-a Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliyev söyləyib. O qeyd edib ki, parlament seçkilərində yəhudilərin cəmi bir nəfər namizədi olacaq:

“Amma hələlik namizədin kimliyi ilə bağlı dəqiqləşmə aparmamışıq. Yəqin ki, yaxın günlərdə müzakirə aparılıb, kimin parlament seçkilərinə qatılacağına qərar verəcəyik”.

 

Qeyd edək ki, bundan əvvəl yəhudilərin parlamentdəki nümayəndəsi 53 saylı Quba-Qusar seçki dairəsindən deputat olan Yevda Abramov idi. Bir müddət öncə Yevda Abramov xəstəlik səbəbindən dünyasını dəyişib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu