Modern.az

FHN-nin keçmiş mətbuat katibi deputatlığa namizədliyini irəli sürdü

FHN-nin keçmiş mətbuat katibi deputatlığa namizədliyini irəli sürdü

Media

24 Dekabr 2019, 22:06

Tarixçi-alim Yəhya Babanlı 2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılacaq.


Modern.az-ın məlumatına görə, bu barədə Yəhya Babanlı özü məlumat verib.


O qeyd edib ki, namizədliyini Naxçıvan Muxtar Respublikasının 7 saylı Ordubad-Culfa seçki dairəsindən irəli sürüb.

Qeyd edək ki, 7 saylı Ordubad-Culfa seçki dairəsində 48 məntəqə var. Bu dairədə səsvermə hüququ olan seçicilərin sayı isə 34 545 nəfərdir.


Xatırladaq ki, Yəhya Babanlı bu vaxta qədər Dövlət Miqarasiya Xidmətində məsul vəzifədə, “Azəernerji” ASC-nin və Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətlərinin rəhbəri vəzifələrində çalışıb.


Yəhya Məmməd oğlu Babanlı 30 sentyabr 1981-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunda doğulub. Tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert olan Y.Babanlı həm də “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təsisçisidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!