Modern.az

Gələn il 8 ölkədə “Azərbaycan evi” AÇILACAQ

Gələn il 8 ölkədə “Azərbaycan evi” AÇILACAQ

25 Dekabr 2019, 17:50

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdəki soydaşlarımızın kompakt yaşadığı şəhərlərdə “Azərbaycan evləri” yaradılaraq, istifadəyə verilir.

Modern.az-ın məlumatına görə, 2019-cu ildə İspaniya, Macarıstan, İtaliya, Ukrayna, Estoniya, Belçika, Polşa, Gürcüstanda “Azərbaycan evi” açılıb.

Dekabrın 24-də Almaniyanın paytaxtı Berlin şəhərində “Azərbaycan evi” açılıb. Bu gün isə Almaniyanın Köln şəhərindəki soydaşlarımız eyni hadisəyə şahidlik ediblər.

2020-ci ildə isə daha 8 ölkədə “Azərbaycan evi”nin açılması planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir