Modern.az

Prezident Dövlət Komitəsinin sədrinə yeni səlahiyyət verdi - FƏRMAN

Prezident Dövlət Komitəsinin sədrinə yeni səlahiyyət verdi - FƏRMAN

Diaspor

25 Dekabr 2019, 19:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərmanda deyilir: 

 

  1. “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə verilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü