Modern.az

“Avropa İttifaqı da bizim maraqlarımıza hörmətlə yanaşmalıdır” - Deputat

“Avropa İttifaqı da bizim maraqlarımıza hörmətlə yanaşmalıdır” - Deputat

25 Dekabr 2019, 20:05

“Azərbaycanla Avropa İttifaqı arasındakı imzalanmalı olan assosiativ sazişin imzalana bilməməsinin əsas səbəbkarı qarşı tərəfdir . Onlar Azərbaycanın maraqlarını nəzərə almaq istəmirlər. Cənab Prezident televiziyalara müsahibəsində bu məsələyə aydınlıq gətirdi. Onlar xaricə ixrac olunan mavi yanacağın qiymətinin əhaliyə təklif olunan qiymətlə eynilik təşkil etməsini istəyirlər. Bu isə yolverilməzdir”.

Modern.az  xəbər verir ki, bunu "Trend"ə millət vəkili Sona Əliyeva deyib.

Millət vəkilinin sözlərinə görə, belə olan halda bizim maraqlarımız tapdanır: “Azərbaycan həmişə beynəlxalq müqavilələrlə bağlı danışıqlarda qarşı tərəflərin maraqlarını da nəzərə alıb, hörmətlə yanaşıb. Avropa İttifaqı da bizim maraqlarımıza hörmətlə yanaşmalıdır. Biz mavi yanacağı nə xaricə ucuz sata, nə də əhaliyə xaricə satdığımız qiymətə təklif edə bilərik. Çünki bu, mümkün deyil. Burada bir məsələ də var. Avropa İttifaqı ilə saziş imzalanandan sonra əsas maneə Prezidentin söylədiyi kimi Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə bağlıdır. Avropa İttifaqı ilə assosiativ saziş imzalayan digər ölkələr ÜTT-yə üzv olur.

MDB məkanındakı bir neçə dövlət ÜTT-nin üzvüdür. Azərbaycandan da bu tələb edilir. Daha doğrusu, sazişin bəndləri arasında belə bir şərt var. Azərbaycanın bu təşkilata niyə üzv olmadığını Prezident dünən izah etdi ki, rəqabət qabiliyyətli məhsullar istehsal etdikdən sonra bu təşkilata üzv olmaq mümkündür. Ona görə ki, ucuz mallar Azərbaycan bazarını doldurmasın”.


Millət vəkili deyib ki, əsas maneə Prezidentin söylədiyi kimi, Ümumdünya Ticarət Təşkilatı ilə bağlıdır: “Avropa İttifaqı ilə assosiativ saziş imzalayan digər ölkələr ÜTT-yə üzv olur. Azərbaycanın bu təşkilata niyə üzv olmadığını Prezident izah etdi ki, rəqabət qabiliyyətli məhsullar istehsal etdikdən sonra bu təşkilata üzv olmaq mümkündür. Ona görə ki, ucuz mallar Azərbaycan bazarını doldurmasın. Ümid edirəm ki, Qərb diplomatları Azərbaycanın maraqlarını və sazişlə bağlı irəli sürdüyü məqamları nəzərə alacaqlar. Çünki Avropa İttifaqı Azərbaycan kimi etibarlı tərəfdaşı heç vaxt itirmək istəməz. Amma bunun üçün etibarlı tərəfdaşın da inamını qazanmaq lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü