Modern.az

Dünyanın ən zəngin azərbaycanlısı sərvətini 5,3 milyard dollar artırıb

Dünyanın ən zəngin azərbaycanlısı sərvətini 5,3 milyard dollar artırıb

İqtisadiyyat

26 Dekabr 2019, 11:14

Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərov 2019-cu ildə sərvətini 5,3 milyard dollar artırıb.

 

Modern.az “Forbes” jurnalına istinadən xəbər verir ki, 2019-cu ilin yanvarında 18,5 milyard dollar sərvəti olan Vahid Ələkbərov ilin sonunda sərvətini 5,3 milyard dollar artırıb.

Hazırda o, 23,5 milyard dollar sərvətlə Rusiyanın 3-cü ən zəngin iş adamıdır.

 

2019-cu ildə Rusiyada ən çox varlanan iş adamları sırasında Vladimir Potanin (8 milyard dollar qazanıb) və Leonid Mixelson (5,9 milyard dollar qazanıb) qərarlaşıblar.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı