Modern.az

Azərbaycan neftinin qiyməti dəyişmədi

Azərbaycan neftinin qiyməti dəyişmədi

26 Dekabr 2019, 20:43

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 25-də 68,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Modern.az xəbər verir ki,  bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,63 dollar/barel olub ki, bu da əvvəlki göstərici ilə eynidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir