Modern.az

“Erməni icması başa düşəcək ki, biz onlarla bir yerdə yaşamaq istəyirik” - Tural Gəncəliyev

“Erməni icması başa düşəcək ki, biz onlarla bir yerdə yaşamaq istəyirik” - Tural Gəncəliyev

Qarabağ

27 Dekabr 2019, 11:38

"Dağlıq Qarabağın Azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub".

 

Modern.az-ın məlumatına görə, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

 

İcma sədri bildirib ki, 2019-cu ildə qurum bu barədə dəfələrlə müraciətlər etsə də, qarşı tərəf cavab verməyib:

 

"Biz dəfələrlə bu barədə müraciətlər etmişik. Təssüf ki, 2019-cu il ərzində cavab almamışıq. Bu da erməni icmasının boyunduruq altında qalmasının göstəricisidir. Onlar qondarma rejimdən aslıdırlar. Çox güman ki, onların arasında azərbaycanlılarla bir yerdə yaşamaq istəyi olanlar var, lakin həmin şəxsləri boğurlar, sıxırlar. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icmasını danışıqlara çağırdıqdan sonra jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu, lakin erməni tərəfi bunu şou elədi, təxribat xarakterli bəyanatlar verdilər. Bu da onu göstərir ki, qondarma rejimin nümayəndələri, təcavüzkar Ermənistan rəhbərliyi bu məsələdə maraqlı deyillər. Onlar çəkinirlər ki, icmalar bir yerdə otursalar, erməni icması başa düşəcək ki, azərbaycanlı icması başqa cür düşünür, biz onlarla bir yerdə yaşamaq istəyirik".

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü