Modern.az

Şahmar Hüseynov “Azneft”ə baş direktor təyin OLUNDU

Şahmar Hüseynov “Azneft”ə baş direktor təyin OLUNDU

27 Dekabr 2019, 11:51

“Azneft” İstehsalat Birliyinə (İB) baş direktor təyin olunub.

 

Modern.az-ın məlumatına görə, bu vəzifəyə “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov gətirilib.

 

Şahmar Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib. Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib.

 

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub. Faktiki olaraq baş direktor vəzifəsi boş qalmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi