Modern.az

YAP İdarə Heyətinin iclası başa çatdı - deputatlığa namizədlər müəyyənləşib - YENİLƏNİB

YAP İdarə Heyətinin iclası başa çatdı - deputatlığa namizədlər müəyyənləşib - YENİLƏNİB

Parlament

27 Dekabr 2019, 12:46

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin YAP-ın qərargahında keçirilən iclası başa çatıb.

 

YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub. 

***

12:00

 

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP İdarə Heyətinin iclası keçiriləcək.

 

Modern.az APA-ya istinadla xəbər verir ki, iclas saat 12:00-da başlayacaq.

 

YAP İdarə Heyəti üzvlərinin iştirak edəcəyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunacaq.

 

Modern.az YAP İdarə Heyətinin üzvlərinin siyahısını təqdim edir:

 

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

Hacıbala Abutalıbov - 

Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini

Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

Eldar İbrahimov - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Abel Məhərrəmov - akademik

Bahar Muradova - Milli Məclisin sədr müavini,İnsan hüquqları komitəsinin sədri

Siyavuş Novruzov - Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini

Arif Rəhimzadə - Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Mixail Zabelin - Milli Məclisin deputatı

 

 
 
 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?