Modern.az

YAP-ın namizədlər siyahısında olanlar və olmayanlar - ADLAR

YAP-ın namizədlər siyahısında olanlar və olmayanlar - ADLAR

27 Dekabr 2019, 15:19

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın İdarə Heyətinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub.

 

Yaxın saatlarda parlament seçkilərində partiya tərəfindən irəli sürülən namizədlərin siyahısını açıqlanacaq.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq. Belə ki, yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunması məqsədəuyğun hesab edilməyib.

 

YAP-ın yeni namizəd siyahısında vitse-spiker Bahar Muradova, Arif Rəhimzadə, Ağacan Əbiyev, Rövnəq Abdullayev, Şəmsəddin Hacıyev, Cavid Qurbanov, Hacı Salayev, İlham Əliyev, Əsabil Qasımov, Nəriman Əliyev, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov, Mirzəcan Xəlilov, Mirkazım Kazımov,  Sevinc Hüseynova, Mahir Abbaszadə, Tahir Süleymanovun adları yoxdur.

 

Vasif Talıbov, İsa Həbibbəyli, Ziyafət Əsgərov, Əli Hüseynli, Aydın Mirzəzadə, Səməd Seyidov, İqbal Məmmədov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Hüseynbala Mirələmov, Eldar İbrahimov, Naqif Həmzəyev, Oqtay Əsədov, Elçin Quliyev, Malik Həsənov, Cavanşir Paşazadə, Cavid Osmanov, Sahibə Qafarova, Nəsib Məhəməliyev, Nizami Cəfərov, Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Ağalar Vəliyev, Elman Nəsirov, Rəşad Mahmudov, Tahir Rzayev, Kamilə Əliyeva, Tahir Mirkişili, Kamran Bayramov, Kəmaləddin Qafarov, Bəxtiyar Sadıqov, Aqiyə Naxçıvanlı, İlham Məmmədov, İmamverdi İsmayılov, Siyavuş Novruzov və Sevinc Fətəliyevanın namizədliklərinin isə yenidən irəli sürüldüyü qeyd olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər