Modern.az

Bahar Muradova YAP-ın siyahısından YAZDI

Bahar Muradova YAP-ın siyahısından YAZDI

Parlament

27 Dekabr 2019, 15:53

Beşinci çağırış Milli Məclisin vitse-spikeri Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizəd siyahısından yazdı.

 

Modern.az xəbər verir ki, Bahar Muradova hakim partiyanın 2020-ci il fevrallın 9-da keçiriləcək parlament seçkilərində irəli sürəcəyi namizəd siyahısının bəlli olduğunu vurğulaytıb.

 

Vitse-spiker sosial şəbəkə hesabında bunları qeyd edib:

 

“Bu günlər Yeni Azərbaycan Partiyasının namizədlər siyahısına olan diqqətlər birmənalı şəkildə ölkə gündəminə damğasını vurdu.

Və nəhayət erkən parlament seçkilərində iştirak edəcək namizədlərimiz bəllidir. YAP İdarə Heyətinin bu gün keçirilən iclasında rəsmən təsdiq olundu. Qələbəyə köklənmişik.

Qoy güclülər qalib gəlsin !!!”

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?