Bu gün Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərində irəli sürülən namizədlərinin siyahısını ictimaiyyətə açıqlayıb.
Partiya 123 seçki dairəsi üzrə namizədlərini irəli sürüb. Yalnız Naxçıvan Muxtar Respublikasında 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən və 122 saylı Xankəndi seçki dairəsindən YAP namizədi yoxdur.
Modern.az xəbər verir ki, partiyanın elan etdiyi namizədlər siyahısında 26 nəfər qadın namizəd təqdim olunub ki, bu ümumi namizədlərin 32 faizi deməkdir. YAP-ın 97 nəfər kişi namizədi var. Kişi namizədlərin faiz nisbəti isə ümumi namizəd siyahısının 68 faizi deməkdir.