Modern.az

“Qarabağ reallığının xarici mediada tanıdılması bizim üçün çox önəmlidir” - Tural Gəncəliyev

“Qarabağ reallığının xarici mediada tanıdılması bizim üçün çox önəmlidir” - Tural Gəncəliyev

28 Dekabr 2019, 11:12

Bəzən reallıqdan uzaq tamamilə absurd hadisələri də mətbuat vasitəsilə dünyada elə tanıdırılar ki, kimsə bunu qeyri-real olduğunu düşünmür.  Düşmən tərəfin, yəni Ermənistanın gerçəkliyə tamam zidd bir anlayışın - qondarma "erməni soyqırımının" media vasitəsilə kütləvi təbliğatı da buna bariz nümunədir. Əslində buna təbliğat da demək olmaz. Yalan faktlara əsaslanan bu iddianın təşviqatdan başqa bir şey olmadığı açıq-aydın ortadadır.

 

Maraqlıdır, bəs biz əsl gerçəkliyi, belə desək, acı gerçəkliyi Qarabağ həqiqətlərini dünya miqyasında media vasitəsilə necə tanıdırıq? Bu istiqamətdə hansı işlər gedir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev icmanın 2020-ci ildən xarici media ilə əlaqələri iki qat gücləndirəcəyini bildirib:

 

“Əslində bu il də biz xarici media ilə aktiv işləmişik. Bizim icma icma üzvlərinin  müxtəlif xarici kütləvi informasiya vasitələrində bloq yazıları, məqalələri yayımlanıb. Növbəti ildən xarici media ilə əlaqələri iki qat gücləndirəcəyik. Çünki beynəlxalq təbliğat məsələləri, beynəlxalq mətbuatda Qarabağ reallığının tanıdılması bizim üçün çox önəmlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər