Modern.az

Qarabağın azərbaycanlı icması 2020-ci ildə hansı işləri görəcək?

Qarabağın azərbaycanlı icması 2020-ci ildə hansı işləri görəcək?

28 Dekabr 2019, 11:29

“2020-ci ildə ATƏT-in Minsk qrupu ölkələrinin hamısına səfər etməyi planlaşdırırıq”.

 

Bunu Modern.az-a Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bildirib.

 

O, gələn il Fransa, ABŞ kimi ölkələrdə icmanın aktivliyinin artırılmasının icmanın fəaliyyətində əsas istiqamətlərdən olduğunu da vurğulayıb:

 

“Erməni diasporunun aktiv olduğu şəhərlərdə növbəti ildən daha fəal mübarizə aparmaq niyyətindəyik. Minsk qrupunun həmsədr olduğu ölkələrdəki erməni siyasətçilərinin fəal olduğu qurumlarda, onların siyasətçilərinə qarşı daha geniş çərçivədə işlər görəcəyik. Ümumiyyətlə, gələn ildən tək Minsk qrupu ölkələri deyil, eyni zamanda, Avropa ölkələrində Qarabağ həqiqətlərinin dünya miqyasında tanıdılması üçün əlimizdən gələni etməyi planlaşdırırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi