Modern.az

YAP-ın namizəd verdiyi Komitə sədri barədə AÇIQLAMA

YAP-ın namizəd verdiyi Komitə sədri barədə AÇIQLAMA

28 Dekabr 2019, 14:30

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın da adı var.

Hicran Hüseynovanın namizədliyi 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb.

 

Hicran Hüseynovanın bacısı Reyhan Hüseynova Modern.az-a açıqlamasında YAP tərəfindən Hicran Hüseynovaya göstərilən etimada görə minnətdarlıq edib:

 

“Təbii ki, ailə üzvləri olaraq Hicran xanımı dəstəkləyirik. Yeni Azərbaycan Partiyasına belə bir etimada görə təşəkkür edirəm”.

 

Reyhanə Hüseynova deyib ki, Hicran Hüseynova deputat seçiləcəyi təqdirdə hər bir sumqayıtlının yanında olacaq:

 

“Ümid edirəm ki, Hicran xanım deputat seçiləcəyi təqdirdə seçicilərlə daha sıx görüşəcək, hər bir sumqayıtlının yanında olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?