Modern.az

Keçmiş deputat oğlunun namizədliyindən DANIŞDI: “Qərarı YAP özü verib”

Keçmiş deputat oğlunun namizədliyindən DANIŞDI: “Qərarı YAP özü verib”

28 Dekabr 2019, 15:37

“Yeni Azərbaycan Partiyasına oğlumun deputatlığa namizədliyini irəli sürüb etimad göstərməsinə görə təşəkkür edirəm. Hər halda, bu, partiyanın qərarıdır. Belə bir qərarın verilməsinə hörmətlə yanaşıram”.

 

Bu barədə Modern.az-a keçmiş deputat Qalib Salahzadə oğlu Əliabbas Salahzadənin YAP tərəfindən deputatlığa namizədliyinin verilməsinə münasibət bildirərkən deyib.

 

Qalib Salahzadə oğlunun deputat seçiləcəyi təqdirdə daha yaxşı işləməsini arzuladığını da qeyd edib:

 

“Bir ata olaraq övladımın ona tapşırılan işi məsuliyyətlə yerinə yetirməsini istəyərəm. YAP tərəfindən oğlumun namizədliyinin irəli sürülməsi mənim üçün xoşdur. Belə bir təşəbbüsün verilməsi mənim səlahiyyətim daxilində deyil. Qərarı YAP özü verib. Əliabbas 10 ildən çoxdur ki, İcra Hakimiyyətində çalışır. İnsanlarla işləmək bacarığı var. Əgər müsbət halları görüb kimsə dəyərləndirirsə, mənim nəsə deməyimə ehtiyac yoxdur”.

 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında  keçmiş deputat Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə də var. O, Sabunçu Rayon İcra Hakimiyyətinin işçisidir.

 

Əliabbas Salahzadənin namizədliyi  27 saylı Sabunçu ikinci seçki dairəsindən irəli sürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir