Modern.az

Vəkillər Kollegiyasının sədri də namizəddir? - “Bunu gizlin saxlamaq mümkün deyil”

Vəkillər Kollegiyasının sədri də namizəddir? - “Bunu gizlin saxlamaq mümkün deyil”

Parlament

28 Dekabr 2019, 17:12

Daha bir tanınmışın deputatlığa namizəd olduğu bildirilir. Saytımıza daxil olan məlumata görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov da Milli Məclisdə təmsil olunmaq niyyətindədir. Bu səbədən də hüquqşünasın Gəncədəki 4 dairədən birindən namizədliyini irəli sürdüyü iddia edilir.

 

A.Bağırov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O, bildirib ki, hələlik namizədliyini irəli sürməyib:

 

“Mən nəyisə gizli saxlayan insan deyiləm. İstənilən qərarı verəndə dərhal bu barədə açıqlama verirəm. Namizədlik elə bir məsələdir ki, bunu gizlin saxlamaq mümkün deyil. Namizədliyimi irəli sürmüşəmsə, ən azından imza toplamağa başlamalıydım və bu da gizli qala bilməzdi. Namizədlik verən şəxs bunu bəyan edir ki, onu dəstəkləsinlər, yardım göstərsinlər. Milli Məclisə seçkilər qapalı keçirilmir axı, mən də bunu gizlədəm”.

 

Kollegiya sədri deyib ki, bu barədə qəti qərar verəcəyi təqdirdə ictimaiyyətə açıqlayacaq:

 

“Hazırda Kollegiyanın sədriyəm, iş yükümüz kifayət qədər çoxdur. Belə bir qərar verəcəyim təqdirdə dərhal açıqlayacağam. Hələlik qərar verməmişəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi