Modern.az

Qanun dəyişdirildi: 500 nəfər siyasi partiya yarada bilər

Qanun dəyişdirildi: 500 nəfər siyasi partiya yarada bilər

23 Mart 2012, 23:47

Rusiya müxalifətinin Medvedev tərəfindən dəstəklənən təkilfləri Dumada qəbul edildi

Rusiya Dövlət Duması martın 23-də yekdilliklə “Siyasi partiyaların yaradılması və qeydiyyatının sadələşdirilməsi haqqında” prezident Medvedevin göndərdiyi qanuna qəyişiklikləri qəbul edib. Modern.az bildirir ki, qəbul edilən yeni dəyişikliklər siyasi partiya üzvlərinin minimum sayını müəyyən edib. Bundan sonra Rusiyada 500 nəfər üzvü olan partiya qeydiyatda alınacaq. Əvvəl isə bunun üşün 40 min nəfər tələb olunurdu.
Bundan əlavə yeni qanunda bir sıra digər maraqlı dəyişikliklər də var: bütün ölkə üzrə regionlarının yarıdan çoxunda partiya özəklərinin olmasının məcburiliyi barədə maddə qanundan çıxarılıb.  Xüsüsilə qeyd olunur ki, bundan sonra partiya üzvlərinin sayının azlığına görə siyasi qurumu ləğv etmək qadağan edilir. Lakin əgər siyasi partiya son 7 ildə seçkilərdə iştirak etməyibsə, bu halda onun qeydiyyatı ləğv edilə bilər.

Bütövlükdə prezident tərəfindən qanuna 16 düzəliş təklif edilib. Bu təkliflər müxalifət partiyalarının prezident Medvedevlə görüşü zamanı səsləndirilib. Dəyişikliyə görə siyasi partiya bir ay ərzində dövlət qeydiyyatına alınmalıdır.

Prezident yeni qanunu imzaladıqdan dərhal sonra sənəd qüvvəyə minəcək. Halbuki, əvvələcə bu qanunun 2013-cü il yanvarın 1-dən qüvəyə minəcəyi qeyd edilirdi.

Qanuna dəyişikliklər Rusiyanın müxalifət partiyaları üçün yeni imkanlar açır. Dumanın bu günkü iclasına ölkə müxalifətinin liderləri də dəvət edilib. Onlar bu dəyişiklikləri dəstəkləyiblər və yeni siyasi münasibətlərin yaranmasının vacibliyini qeyd ediblər.

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir