Modern.az

ŞOK - Gəncədə eşşəyə abidə qoyulub - FOTO

ŞOK - Gəncədə eşşəyə abidə qoyulub - FOTO

Reportaj

24 Mart 2012, 15:27


Moden.az
saytının əməkdaşı bir müddət öncə Şamaxı rayonunda baş verən hadisənin indi də Gəncə şəhərində təkrarlandığının şahidi olub. Söhbət eşşəyə abidə qoyulmasından gedir.

Bu günlərdə Gəncə şəhərində olan Modern.az-ın əməkdaşına yerli sakinlər maraqlı bir fakt barədə məlumat verdikdən sonra bunu əyani şəkildə də göstəriblər.
Məlum olub ki, Gəncə şəhəri İcra Hakimiyyəti  yerli sakinlərin narazılığına səbəb olan bir addım atıb. Belə ki, Gəncənin mərkəzi  küçələrindən biri olan Cavadxan küçəsində eşşəyə heykəl qoyulub.
Gəncə şəhəri İcra Hakimiyyətinin rəsmiləri bildiriblər ki, şəhərdə aparılan quruculuq-abadlıq işləri çərçivəsində uzunqulaq abidəsinin qoyulmasında qəbahət görmürlər.

Gəncə sakinləri isə Azərbaycanın ikinci böyük şəhərində belə bir abidəinin qoyulmasından narazı qaldıqlarını vurğulayıblar.

Xatırladaq ki, ötən ilin yayında Şamaxı rayonunun girişində - Həmyə kəndinə gedən yolda eşşək arabasında kəndli heykəlinin qoyulması ciddi narazılığa səbəb olmuşdu.  O zamana Şamaxı rayonu İcra Hakimiyyətinin rəsmiləri  açıqlama verərək bildirmişdilər ki, həmin heykəl qədimliyi tərənnüm edir və hansısa məna axtarmaq mənasızdır.
Amma ölkədə böyük səs-küy doğuran bu hadisə sonra heykəlin uçurulması iləı yekunlaşdı. Şamaxı rayonu İcra Hakimiyyətinin “qədimliyi tərənnüm edən abidə kompozisiyası” adlandıdığı eşşək heykəli bir “Kamaz” sürücüsü tərəfindən bilərəkdən, ya bilməyərəkdən dağıdıldı. Bu mövzü uzun müddət aktuallığını itirmədi.

Bu dəfə necə olacaq…?

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır