Modern.az

Kölndə Azərbaycan evi: soydaşlarımızda böyük ümid yaranıb  

Kölndə Azərbaycan evi: soydaşlarımızda böyük ümid yaranıb  

29 Dekabr 2019, 16:07

Dekabrın 25-də  Almaniyanın Köln şəhərində Azərbaycan evi açılıb. Mahiyyət etibarilə soydaşlarımız üçün həmrəylik evinə çevrilən bu layihələrədən böyük gözləntilər var.

 

Alman Azərbaycan Mədəniyyət Evinin rəhbəri Ağa Ağayev Modern.az-a açıqlamasında Kölndə belə bir evin açılmasına meünasibət bildirib:

 

“Avropada yaşayan azərbaycanlıların sayı ildən-ilə artır. Almaniyada da kifayət qədər azərbaycanlı yaşayır. Ona görə də Almaniyanın şəhərlərində Azərbaycan evlərinin açılması mütləqdir. Bir müddət əvvəl belə bir ev  Berlin şəhərində açıldı. Millətimiz üçün xeyirli-uğurlu olsun deyirəm. İndi də Köln şəhərində açılıb”.

 

Təşkilat rəhbəri Avropada açılan Azərbaycan evinin üstünlüklərindən də söz açıb:

 

“Baxmayaraq ki, 2014-cü ildən təşkilat olaraq fəaliyyət göstəririk, ancaq bu günlərdə Azərbaycan evinin açılması bizə qismət oldu. Azərbaycan evinin açılmasının üstünlükləri çoxdur. Çünki Almaniyada yaşayan azərbaycanlıların ana dilində təhsil alması üçün bunun çox böyük əhəmiyyəti olacaq. Azərbaycan övladları həm ana dilində təhsil almaq imkanı əldə edəcəklər, həm də tariximizi, mədəniyyətimizi öyrənəcəklər.

 

Çünki Almaniyada böyüyən hər bir azərbaycanlının öz tarixini, mədəniyyətini, dilini bilməsi çox önəmlidir. Səhər vaxtlarında evdən çıxıb alman məktəblərində təhsil almağa gedən övladlarımız Azərbaycanla bağlı ənənələrdən uzaq düşürlər. Ona görə də öz dillərini bilməsi, tarixi, mədəniyyəti ilə yaxından tanış olması  üçün belə bir işin görülməsi təqdirəlayiq haldır”.

 

Ağa Ağayev Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin fəaliyyətini də yüksək qiymətləndirib:

 

“Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov birbaşa bizə dəstək nümayiş etdirir. Çünki komitə rəhbərliyinin birlik və dəstək nümayiş etdirməsi diasporumuzun  inkişaf etməsinə, daha da  güclənməsinə səbəb olur”.

 

Xatırladaq ki, Almaniyada daha bir Azərbaycan evi 24 dekabr tarixində Berlin şəhərində açılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir