Modern.az

Onlar bu dəfə deputat olmayacaqlar

Onlar bu dəfə deputat olmayacaqlar

Parlament

29 Dekabr 2019, 17:19

Beşinci çağırış Milli Məclisin daha iki bitərəf deputatı 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmaq fikrindən vaz keçib.

 

93 saylı Bərdə şəhər seçki dairəsindən Modern.az-a verilən məlumata görə, bir nəfərin namizədliyi qeydə alınıb:

 

“Hazırda həmin dairədən 9 nəfər namizədliyini irəli sürüb. Onlardan bir nəfərin namizədliyi qeydə alınıb. O da Baxşəliyev Ərəstun Əli oğludur”.

 

Dairədən o da bildirilib ki, namizədliyini irəli sürənlər arasında beşinci çağırış Milli Məclisin deputatı olan Gövhər Baxşəliyevanın adı yoxdur:

“Gövhər Baxşəliyeva hələ ki, namizədliyini irəli sürməyib”.

 

59 saylı Salyan seçki dairəsindən də saytımıza bildirilib ki, beşinci çağırış Milli Məclisin deputatı olan Əliağa Hüseynov namizədliyini irəli sürənlər arasında deyil:

 

“Əliağa Hüseynov budəfəki seçkilərdə iştirak etmir”.

 

Qeyd edək ki, bundan öncəki seçkilərdə Gövhər Baxşəliyeva 93 saylı Bərdə şəhər seçki dairəsindən, Əliağa Hüseynov isə 59 saylı Salyan seçki dairəsindən deputat seçilmişdilər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!