Modern.az

Qarşılıq gözləmədən, könül verdiyin iş – Mirhəsən Seyidovdan “Könüllülər ili”nə MÜNASİBƏT

Qarşılıq gözləmədən, könül verdiyin iş – Mirhəsən Seyidovdan “Könüllülər ili”nə MÜNASİBƏT

Media

30 Dekabr 2019, 17:54

Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

 

Modern.az xəbər verir ki, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bu sərəncamı, 2007-ci il Gənclər ili kimi, 2020-ci ildə bir daha gənclərimizə, könüllülərimizə verilən böyük dəyər və etimad kimi qiymətləndirildiyini bildirib:

 

“Sərəncamdakı ardıcıllığa uyğun 2012-ci ildə ilk dəfə minlərlə gəncimiz qoşulduğu ilk böyük könüllülər hərəkatı yarandı.

Azərbaycan Respublikasının Bir4inci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva rəhbərliyi ilə Avroviziya mahnı müsabiqəsinin keçirilməsi təşkilat komitəsində mən də çalışırdım.

Avroviziyanın Azərbaycandakı rəsmi fan klubuna rəhbərlik edirdik. 3 nəfərin zorla girə biləcəyi otaqda minlərlə gənci müsahibə etmişdik.

 

İlk toplanan komandada artıq 7.000 - 8.000 gəncin iştirakına nail olmuşduq. Bütün gənclər təşkilatlarımız könüllü işinə səfərbər olmuşdu. Bu gün zamanında könüllü işinə məsul olan şəxslər, könüllü olan gənclərimiz istər yerli, istər beynəlxalq sferada, çox müxtəlif sahələrdə uğurlu insanlar kimi təmsil olunur.İlk dəfə yüzlərlə gəncimizi musiqi müsabiqəsinin keçiriləcəyi yerlərə ekskursiyalara göndərdiyimizdə, bəzi şəxslər onlardan yer süpürməyi, tullantı yığmağı tələb etmişdi. Yüzlərlə insan buna görə könüllülük prinsiplərinə zidd olduğu hesab edib, geri dönmüşdü. Zaman keçdikcə artıq könüllülük hərəkatı həm gənclər üçün vəzifələr müəyyənləşdirdi, həm də gənclərimizlə müxtəlif sahələrdə çalışan insanlar üçün Könüllülük prinsiplərinin nə olduğu tam şəkildə aydınlatdı. Könüllülük - həqiqətən qarşılıq gözləmədən, könül verdiyin işdir !2020-ci ildə fədakar, çalışqan, Vətənini sevən könüllülərimiz hamısına bol uğurlar arzu edirəm”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir