Modern.az

Gəncədəki eşşək abidəsi götürüldü

Gəncədəki eşşək abidəsi götürüldü

Reportaj

26 Mart 2012, 16:29


Gəncə şəhərinin Cavadxan küçəsində qoyulmuş eşşək abidəsi götürülüb. Bu barədə Modern.az saytının Gəncədəki əməkdaşı xəbər verib.

Xatırladaq ki, Gəncə şəhərində eşşəyə abidə qoyulması haqda ilk olaraq martın 24-də Modern.az informasiya yaymışdı. Və bu xəbər ölkə mediasında da geniş işıqlandırılmışdı.

Gəncə şəhəri İcra Hakimiyyətinin rəsmiləri bildirmişdilər ki, şəhərdə aparılan quruculuq-abadlıq işləri çərçivəsində uzunqulaq abidəsinin qoyulmasında qəbahət görmürlər.

Bundan sonra sosial şəbəkələrdə gəncəlilər bu olaya sərt reaksiya vermişdilər.

Görünür, şəhər rəhbərliyi gəncəlilərin rəyini nəzərə almağı məcbur olub. 

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin sədri Elgün Məmmədov isə "Azadlıq" radiosuna deyib ki, 1 həftədir ki, mərkəzi küçəyə dekorasiya məqsədilə qoyulan eşşək heykəli balacaların marağına səbəb olub.

Martın 25-də isə heykəlin qulaqlarını qırıblar. Birliyin sədri deyib ki, heykəli təmir üçün götürüblər və yaxın 3 gün ərzində yenidən yerinə qoyacaqlar.

Amma Gəncədən saytımıza verilən məlumata görə, heykəlin yerinə qaytarılacağı gözlənilmir... 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!