Modern.az

75 yaşlı Fərman Kərimzadə unudulub...

75 yaşlı Fərman Kərimzadə unudulub...

26 Mart 2012, 18:24

Bu il mərhum böyük yazıçımız Fərman Kərimzadənin 75 yaşı tamam olur. Ancaq təəssüf ki, hələlik nə Mədəniyyət və Turizm Nazirliyindən, nə də Azərbaycan Yazıçılar Birliyindən yubileyin keçirilməsi ilə bağlı bir xəbər var”.
Bu açıqlamanı Modern.az-a Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev verib. Onun sözlərinə görə, əlaqədar təşkilatlar  yazıçının yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı məsələ qaldırmalıdırlar: “Tək elə Fərman Kərimzadənin tarixi romanı əsasında çəkilmiş və Azərbaycan kinosununm incisi olan “Axırıncı aşırım” filminə görə böyük yazıçıya layiq olduğu münasibət göstərilməlidir”.

İ.Ağayev bildirib ki, artıq rəhbərlik etdiyi təşkilat F.Kərimzadənin 75 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi haqda qərar qəbul edib.

Qeyd edək ki, Fərman Kərimzadə 1937-ci il martın 3-də Qərbi Azərbaycanda - Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilini orada alıb (1944-1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirib (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1955-1960).

İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi oluv (1962-1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işləyib (1962-1965). Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olub. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləyib.

F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü", “Qarlı aşırım” tarixi romanlarının, "Təbriz namusu", "Qoca qartalın ölümü" və sair əsərlərin müəllifidir.

F..Kərimzadə 1989-cu il mart ayinin 17-də vəfat edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir