Modern.az

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

4 Yanvar 2020, 13:04

Yanvarın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.  Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.  Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-9° isti, Bakıda  gecə 3-5° isti, gündüz  7-9° isti olacaq.

 

Atmosfer  təzyiqi 761 mm  civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % olacaq.    

 

Tibbi-meteoroloji proqnoz:

Yanvarın 05-06-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, bəzi cənub və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı  yerlərdə duman.  Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz   6-11°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  0-5° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir