Modern.az

Azərbaycan karateçiləri İstanbulda yarışır

Azərbaycan karateçiləri İstanbulda yarışır

Ölkə

4 Yanvar 2020, 13:09

Azərbaycan karateçiləri İstanbulda beynəlxalq "Bosphorus Cup" turnirində iştirak edirlər. Yanvarın 3-də başlayan turnir ayın 5-də başa çatacaq.

 

Modern.az-ın məlumatına görə, yarışa Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, böyüklər, eləcə də para-karate milli komandamızın 26 üzvü yollanıb.

 

Ənənəvi turnirdə 25 ölkədən 1316 idmançı iştirak edir. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub