Modern.az

Milyonerlərin istirahət yeri - “Şərikli çörək” filmindəki Baden-Baden

Milyonerlərin istirahət yeri - “Şərikli çörək” filmindəki Baden-Baden

Mədəni̇yyət

6 Yanvar 2020, 11:39

“Şərikli çörək” Azərbaycan filmində uşaqların növbə ilə görməyə tələsdiyi, lüks həyatın simvolu olaraq qəbul edilən Baden-Baden Almaniyanın Baden-Vürtemberq regionunda yerləşən, təxminən 55 min əhalisi olan kurort şəhəridir.

 

Modern.az xəbər verir ki, ərazisinin böyük hissəsi yaşıllıqdan, meşələrdən ibarət olan şəhər termal bulaqları, “spa” mərkəzləri ilə məşhurdur. Yəqin, bu səbəbdən şəhər milyonerlərin, tanınmış dünya siyasətçilərinin, yazıçı və musiqiçilərin sevimli istirahət yeridir. Əlbəttə ki, ilk baxışdan adamı valeh edən sakitlik və təmizliyi unutmaq olmaz.

 

Baden-Baden Almaniyada rus dilində danışan sakinlərin ən çox olduğu şəhərdir. Dünyaca məşhur Kurhaus Qumarxana Muzeyi də burada yerləşir. Bu qumarxana tarixdə Dostayevskinin qumar oynadığı məkan kimi tanınır.

 

Şəhərə bu ad onu İsveçrə və Avstriyadakı “Baden”lərdən fərqləndirmək üçün verilib.

 

Əfsanə ŞƏRİF

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü