Modern.az

“Səfirliklərin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur” - DİN-dən ABŞ səfirliyinin çağırışına MÜNASİBƏT

“Səfirliklərin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur” - DİN-dən ABŞ səfirliyinin çağırışına MÜNASİBƏT

Ölkə

7 Yanvar 2020, 11:20

“Təhlükəsizlik tədbirləri, polis nəzarəti zamanından asılı olmayaraq, hər vaxt yüksək səviyyədə həyata keçirilir”.

 

Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov ABŞ-ın Azərbaycandakı səfirliyinin öz vətəndaşlarına təhükəsizliklə bağlı göstərişinə münasibət bildirərkən deyib.

 

O, qeyd edib ki, ABŞ-ın, o cümlədən ölkəmizdə fəaliyyət göstərən bütün xarici dövlətlərin səfirlikləri, diplomatik nümayəndəlikləri və onların hər bir əməkdaşının təhlükəsizliyi Azərbaycan qanunvericiliyinə uyğun qaydada, yüksək səviyyədə təmin olunur”.

 

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb. Yaxın Şərqdə artan gərginlik səbəbindən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb. Məlumatda amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır