Modern.az

ABŞ səfirliyinin narahatlığının əsası varmı?

ABŞ səfirliyinin narahatlığının əsası varmı?

Ölkə

7 Yanvar 2020, 15:32

Ötən gün ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb. Səfirliyin saytında qeyd edilib ki, Yaxın Şərqdə gərginlik artır və bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb.

 

Maraqlıdır, ABŞ tərəfinin müraciəti nəyə işarədir? Azərbaycan üçün necə, təhlükəli məqamlar varmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanda və yaxın bölgələrdə olan xüsusi  xidmət orqanlarının bu müraciətdən sonra qabaqlayıcı tədbirlər görməli olduğunu bildirib:

 

“ABŞ tərəfinin təhlükə reallığını nəzərə alaraq bu cür bəyanatlar verməsi normal haldır.ABŞ-ın etdiyi müraciət müxtəlif ölkələr tərfindən münaqişə zamanı istifadə edilən bir formatdır. Yəni istənilən ölkə müharibə riskinin bir addımlığında olanda bu şəkildə öz vətəndaşlarına xəbərdarlıq edir. ABŞ və İran arasında yaşanan gərginlik də bu cür müraciətlərin edilməsinə əsas verir. Bəlkə də onlarda olan hər hansı məlumat narahatlığın yaranmasına səbəb olur. Bunu biz deyə bilmərik, hər halda yaxın zamanlarda açıqlanacaq. ABŞ müraciətini tək Azərbaycanda yaşayan amerikalılara yox, eyni zamanda, yaxın bölgədə olan digər ölkədə yaşayan soydaşlarına da ünvanlayıb. Ümumi vəziyyətin gərgin olduğunu nəzərə alsaq, həm ölkəzmidə, həm də yaxın bölgələrdə təhlükəsizlik tədbirlərinin görülməsi yaxşı olardı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!