Modern.az

“Diaspor fəaliyyətində xidmətə görə” medalı bu şəxslərə veriləcək - VİDEO

“Diaspor fəaliyyətində xidmətə görə” medalı bu şəxslərə veriləcək - VİDEO

9 Yanvar 2020, 10:50

Ötən ilin sonunda Prezident İlham Əliyev “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

 

Fərmana əsasən “Diaspor fəaliyyətində xidmətə görə” medalı şəxslərə təqdim olunacaq.

 

Maraqlıdır, “Diaspor fəaliyyətində xidmətə görə” medalı kimlərə və necə verilməlidir?

 

Modern.az saytı mövzuya münasibət öyrənmək üçün  Diasporla iş üzrə Dövlət Komitəsinin insan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdir müavini və ya sadəcə Dövlət Komitəsinin şöbə müdirinin müavini Şahin Camalovla əlaqə saxlayıb.

 

Şahin Camalov bildirib ki, yeni təsis edilən medal bu formada veriləcək:

 

“Bu medal Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 4 istiqamət üzrə təqdim olunacaq.

 

  1. Azərbaycan diasporunun fəaliyyətdə verilən mühüm töhfəyə görə,
  2. Diasporun Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasına görə göstərilən xidmətlər,
  3. Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə görə,
  4. Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsində göstərilən xidmətlərə görədir”.

 

Şahin Camalovun “Diaspor fəaliyyətində xidmətə görə” medalının kimlərə verilməsi barədə video çıxışını da təqdim edirik:

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı