Modern.az

Bu şəhərdə 1,5 milyon azərbaycanlı 3 min erməni ilə birgə yaşayır - MARAQLI

Bu şəhərdə 1,5 milyon azərbaycanlı 3 min erməni ilə birgə yaşayır - MARAQLI

Mədəni̇yyət

10 Yanvar 2020, 14:30

Son günlər İran ABŞ-la hərbi gərginlik yaşayaraq dünya gündəminin bir nömrəli diqqət mərkəzinə çevrildi.

ABŞ ordusu İran İslam İnqilabının Mühafizəçiləri Korpusunun “Əl Qüds” qruplaşmasının komandiri general Qasım Süleymanini öldürdü. Cavab olaraq, İran ordusu İraqdakı ABŞ bazalarını raket atəşinə tutdu.

 

Modern.az erməni tarixçi Arşaluys Zurabyan İrandakı erməni icmasının hazırkı vəziyyəti barədə statistika paylaşıb.

Tarixçinin məlumatına görə, İranda ermənilərin sayı 60 min nəfəri keçmir. İslam İnqilabından sonra (1979-2019) ölkəni 150 min erməni tərk edib.

 

İrandakı erməni icması 3 yeparxiyaya: Atrpatakan, Tehran və İsfahan bölünür. İranın şimal-qərb regionunda 3 min erməninin yaşadığı Təbriz əsas mərkəz sayılır. Bu icmada 57 kilsə fəaliyyət göstərir.

İsfahanda ermənilərin sayı 6 min nəfər çatıb. Fəaliyyətdə olan kiləslərin sayı isə 12-dir.

 

Ən böyük erməni icması isə Tehranda qərarlaşıb. Tehranda 50 minə qədər erməni yaşayır, 7 kilsə, həmçinin, 30-a qədər məktəb, uşaq baxçası, onlarla mədəni və idman birliyi və s. var.

 

Tehranda milli erməni klinikası, ermənişünaslıq mərkəzi fəaliyyət göstərir, erməni qəzetləri çap olunur.    

Maraqlıdır ki, İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbrizdə 1,550 milyon azərbaycanlı və 3 min erməni yaşayır.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı