Modern.az

Qarabağla bağlı “Horizon 2020”nin internet səhifəsindəki yanlış “xəritə” yığışdırılıb

Qarabağla bağlı “Horizon 2020”nin internet səhifəsindəki yanlış “xəritə” yığışdırılıb

10 Yanvar 2020, 21:39

Bir müddət əvvəl, Avropa İttifaqının (Aİ) “Horizon 2020” proqramının rəsmi internet səhifəsinin “ölkə profilləri” hissəsində yerləşdirilmiş xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinin “Nagorno-Karabakh Republic” adı altında ayrıca beynəlxalq subyekt kimi göstərildiyi, beləliklə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı kobud və məkrli təxribatçı yanaşmanın nümayiş etdirildiyi müəyyən olunub.

Xarici İşlər Nazirliyindən  Modern.az-a  verilən məlumata görə, bununla əlaqədar olaraq, Azərbaycan tərəfindən sözügedən təxribatın aradan qaldırılması məsələsi Aİ-nin Horizon 2020 proqramının icraçı qurumunun diqqətinə çatdırılıb və təcili tədbirlərin görülməsi tələb edilib.

Qeyd etmək istərdik ki, “Horizon 2020”nin internet səhifəsində yerləşdirilmiş yanlış “xəritə” qurum tərəfindən yığışdırılıb. Aİ nümayəndəsi sözügedən məsələnin aidiyyəti Baş Direktorluqla araşdırıldığını və yaranmış vəziyyətin sırf həmin saytın tərtibatında iştirak etmiş texniki heyətin diqqətsizliyi səbəbindən irəli gəldiyini qeyd edib. Bənzər səhvlərin gələcəkdə təkrarlanmaması üçün Aİ-nin Baş Direktorluqları arasında müvafiq xəbərdarlığın yayılmasının vacibliyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu