Modern.az

ABŞ-ın sadiq müttəfiqi İranla müharibəni rədd etdi

ABŞ-ın sadiq müttəfiqi İranla müharibəni rədd etdi

29 Mart 2012, 14:14

Qətər ərazisi İrana zərbə endirmək üçün istifadə olunmayacaq. Modern..az Əl-Cəzirə kanalına istinnadən bildirir ki, bunu müsahibəsində Qətər Xarici İşlər Nazirliyinin rəhbəri Həmd bin Casem deyib. O, Əl-Cəzirə kanalına müsahibəsində  ölkəsinin İrana qarşı hər hansı bir zərbə endirmənin əleyhinə olduğunu bildirib. Həmçinin deyib ki, Qətər onun ərazisindəki  Birləşmiş Ştatların hərbi qüvvələrindən İrana qarşı hücumda istifadə edilməsinin də tamamilə əleyhinədir.

 Xarici işlər naziri deyib ki, Birləşmiş Ştatlar da Qətərin bu mövqeyini bilir. Nazir həmçinin deyib ki, İran üzərinə hər hansı bir dağıdıcı hücumunun əleyhinədir və bu hücumun təkcə İran üçün yox, bütün bölgə üçün mənfi təsiri var.

Həmd bin Casem  bildirib ki, ölkəsi İranla əlaqələrin qorunmasında maraqlıdır və məsələnin diplomatik yolla həllinə ümid edir. Nazir ölkəsinin öz ərazisini  İrana hər hansı hücum üçün istifadə olunmasına icazə verilməyəcəyində təkid edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi