Modern.az

Ölənlərin əksəriyyəti İranda dəfn olunacaq

Ölənlərin əksəriyyəti İranda dəfn olunacaq

Dünya

11 Yanvar 2020, 22:01

Ukraynaya məxsus “Boinq 737-800” təyyarəsinin Tehran yaxınlığında vurulması nəticəsində həlak olanların əksəriyyəti İranda dəfn ediləcək. Lakin bütün cəsədlərin şəxsiyyətini müəyyən etmək üçün ekspertlərdə hələlik lazımi qədər material yoxdur.

Modern.az   xəbər verir ki, bu barədə Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin prezidenti Yevgeni Dıxne mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, cəsədlər dörd müxtəlif xəstəxanada saxlanılır. Vətəndaşlıqlarından asılı olmayaraq, qohumları İranda yaşadıqları üçün qəza qurbanlarının çoxu orada dəfn ediləcək. Ukrayna vətəndaşlarının cəsədləri isə vətənlərinə gətirilə bilər.

Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda raketlə vurulması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı