Modern.az

Trampdan İrandakı etirazçılara farsca dəstək - Foto

Trampdan İrandakı etirazçılara farsca dəstək - Foto

Dünya

12 Yanvar 2020, 09:18

ABŞ Prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyalarına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, o, tvitter hesabında etirazçılara fars dilində dəstək verib.

 

“Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezident olduğum gündən sizinləyəm və mənim administrasiyam sizinlə birlikdə olmağa davam edəcək. Etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, - deyə, Tramp qeyd edib.

 

Trampın fikrincə, İran hakimiyyəti “insan haqları qruplarına ölkədəki etirazları yerində izləməyə və məlumatlar çatdırmağa imkan verməlidir”: “Nə internetin kəsilməsi, nə də dinc nümayişçilərə qarşı növbəti qırğın baş verə bilməz. Dünya seyr edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır