Modern.az

“Taliban” liderlərindən biri öldürülüb

“Taliban” liderlərindən biri öldürülüb

12 Yanvar 2020, 14:51

Əfqanıstanda “Taliban” liderlərindən biri öldürülüb.

 

Modern.az xarici mətbuata istinadən xəbr verir ki, hadisə Əfqanıstanın şimalında baş verib.

 

Xəbəri ölkənin Müdаfiə Nаzirliyi yayıb. Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində “Taliban” silahlılarının liderlərindən olan Mahibulla məhv edilib.

 

Əfqanıstanın Müdаfiə Nаzirliyindən verilən məlumata görə, o, Pakistan vətəndaşıdır.  

 

Müdafiə Nazirliyi Qunduz əyalətində keçirilən xüsusi əməliyyatın təfərrüatını açıqlamayıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?