Modern.az

Liviyada atəşkəs elan olunub

Liviyada atəşkəs elan olunub

Dünya

12 Yanvar 2020, 15:16

Qondarma Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tabeliyindəki qüvvələr Türkiyə və Rusiyanın atəşkəslə bağlı birgə çağırışını qəbul edib. 

 

Modern.az xəbər verir ki, bununla da Bakı vaxtı ilə gecə saat 02-dən etibarən tərəflər arasında atəşkəs elan olunub.

 

Atəşkəsin əldə olunması barədə xəbər paytaxt Tripolidə böyük sevinclə qarşılanıb, atəşfəşanlıq olub.

 

Liviyanın legitimliyi beynəlxalq səviyyədə tanınan, BMT-nin dəstəyi ilə paytaxt Tripolidə yaradılmış Milli Birlik Hökumətinin (MBH) Nəqliyyat Nazirliyi ölkənin dünya ilə yeganə əlaqə vasitəsi olan Mitiqa hava limanını yenidən aviareyslər üçün açıq elan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır